Prezident Rüfət Əzizova yüksək vəzifə verdi - SƏRƏNCAM
3 Fevral 2025
13:02 - 3 Fevral 2025
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları fevralın 2-də Tbilisinin girişində keçirilən aksiyada 31 nəfəri inzibati qaydada saxlayıblar.
Manset.az xəbər verir ki, bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, saxlanılanların hamısı xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunur. Onlardan bəziləri, o cümlədən müxalifətdə olan “Axali” partiyasının liderlərindən biri Nika Melia artıq zaminə buraxılıb. Saxlanılanların məhkəməsi daha sonra keçiriləcək.
Müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları və vətəndaş fəalları fevralın 2-də “Tbilisi Mall” ticarət mərkəzində etiraz aksiyası keçirərək, Tbilisidən şimal çıxışı yaxınlığında yolu bağlamağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri yolun bağlanmasının qarşısını alıb. Bu, etirazçıların hiddətinə səbəb olub və onlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa davaya başlayıblar. Etirazçılar arasında itkilər var. Daha sonra etirazçılar Tbilisinin mərkəzində, Rustaveli prospektində yerləşən parlament binasına doğru yürüş ediblər.
Noyabrın 28-də Tbilisidə etirazlar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkə hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması prosesini dayandırdığını bəyan etməsindən sonra başlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin