Paytaxtda yeni yolun inşasına start verildi - VİDEO/FOTO
3 Fevral 2025
12:24 - 3 Fevral 2025
Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır deyən cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti də məhz vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsidir.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin yaz sessiyasının ilk iclasında çxışı zamanı deyib
Deputat vurğulayıb ki, artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib:
“Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında və eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq.
Çox təəssüf ki, bir sıra marjinal siyasi qruplar hətta sosial islahatlara belə kölgə salmağa çalışırlar. Bir sıra vacib göstəricilərə diqqət ayıraq: yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,5 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır.
Fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılmışdır. Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvə verəcək”.
V.Bayramov söyləyib ki, növbəti mərhələdə sosial müavinətlər və təqaüdlərlə bağlı da qərarlar veriləcək:
“Cənab Prezident tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin