Bakıda bu məşhur həyat yoldaşına bahalı maşın hədiyyə etdi - VİDEO
3 Fevral 2025
11:45 - 3 Fevral 2025
Nazirlər Kabinetinin üç qərarı ləğv edilib.
Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq Qərar imzalayıb.
Qərara əsasən, "Elektrik və istilik qurğularının texniki istismar Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ləğv edilib.
Həmçinin, "Elektrik qurğularının quraşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ləğv edilib.
Bundan başqa, "Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı da ləğv edilib.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin