Paytaxtda yeni yolun inşasına start verildi - VİDEO/FOTO
3 Fevral 2025
10:50 - 3 Fevral 2025
Türkiyə Suriyada iki hərbi baza tikməyi və orada F-16 qırıcılarını yerləşdirməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə qəzeti mənbələrə istinadən məlumat yayıb. Ankara qəfil təhlükə yaranarsa, Dəməşqə yardım etmək niyyətindədir.
"Ərəb mənbələri iddia edir ki, Türkiyə və Suriya ortaq müdafiə sazişi imzalayacaq. Nəşr yazır ki, tezliklə imzalanması gözlənilən sazişə əsasən, Ankara Suriyaya yardım edəcək.", - məlumatda qeyd edilir.
Bundan əlavə, saziş Suriya ordusunun və hərbi pilotların hazırlanmasını nəzərdə tutur. İnşa edilən hərbi bazalarda 50 F-16 qırıcısı yerləşəcək. Rəsmi orqanlar hələlik bu xəbərlərə münasibət bildirməyiblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin