Bakıda bu məşhur həyat yoldaşına bahalı maşın hədiyyə etdi - VİDEO
3 Fevral 2025
10:22 - 3 Fevral 2025
"Arsenal" Premyer Liqanın 24-cü turunda "Mançester Siti"yə 5:1 hesabı ilə qalib gəlib.
Manset.az xəbər verir ki, hesabı 2-ci dəqiqədə "Arsenal"ın yarımmüdafiəçisi Martin Edeqor açıb. 55-ci dəqiqədə “"Mançester Siti" Erlinq Haalandın qolu sayəsində hesabı bərabərləşdirsə də, cəmi bir dəqiqə sonra Tomas Parti londonluları yenidən hesabda irəli çıxarıb.
62-ci dəqiqədə Mayls Lyuis-Skelli qonaqların qapısına 3-cü qolu vurub, 76-cı dəqiqədə Kay Xaverts hesabı darmadağına çatdırıb. "Arsenal"ın 5-ci qolunu Ethan Nvaneri vurub. 17 yaşlı ingilis 90+3-cü dəqiqədə fərqlənib."Arsenal" (50 xal) Premyer Liqada ikinci pillədə qalıb. Mikel Artetanın komandası "Liverpul"dan 6 xal geri qalır, lakin ehtiyatda daha bir oyunu var.
"Mançester Siti" (41) liqa cədvəlində dördüncüdür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin