İsrail ordusu radikalların 23 binasını partladıb

00:10 - 3 Fevral 2025

İsrail ordusu radikalların 23 binasını partladıb

İsrailin Müdafiə Ordusu Cenin şəhərində fələstinli radikallar tərəfindən hərbi məqsədlər üçün istifadə edilən 23 bina və tikilini partladıb.

 

Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Təhlükəsizlik qüvvələri terror obyektlərinin yerləşdiyi 23 binanı dağıdıb”, - məlumatda bildirilir.

Ordudan qeyd olunub ki, binaların dağıdılması İordan çayının qərb sahilinin şimalında yanvardan davam edən antiterror əməliyyatı çərçivəsində həyata keçirilib.


Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin