Rayonlarda 8 mindən artıq ağac əkildi

20:20 - 1 Fevral 2025

Rayonlarda 8 mindən artıq ağac əkildi

Növbəti meşəbərpa tədbirləri bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilib.

 

Manset.az xəbər verir ki, meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq  palıd, cökə, Eldar şamı  və qoz tingi əkilib.

O qeyd edib ki, ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.



Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin