Tiflisdə etirazçılar şəhərdən çıxan yolu bağlaya bilmədilər - YENİLƏNİB

21:25 - 2 Fevral 2025

Tiflisdə etirazçılar şəhərdən çıxan yolu bağlaya bilmədilər - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tiflisdəki “Tbilisi Mall” ticarət mərkəzində etirazçılar paytaxtdan şimala gedən magistral yolu bağlaya bilməyiblər.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, etirazçılar yolu bağlamağa bir neçə dəfə cəhd ediblər, lakin polis buna imkan verməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə davalar olub.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Xəsarət alanlar var.

Qeyd edilir ki, hazırda ticarət mərkəzində vəziyyət sabitdir. Etirazçılar şəhərə doğru, parlament binası istiqamətində yürüş təşkil edirlər. Tiflisə giriş və çıxış sərbəstdir.

 

***

20:20

 

Gürcüstanda aksiya iştirakçıları paytaxtdan çıxışı qismən bağlayıblar.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, etirazçılar "Tbilisi Mall" ticarət mərkəzinin girişində toplaşıblar, lakin sonradan yol boyu yürüş keçirməyə qərar veriblər.

Onların arasında müxalifət nümayəndələri də daxil olmaqla, bir neçə yüz nəfər var.

Ticarət mərkəzinin yaxınlığında polis qüvvələri cəmləşdirilib. Etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb. Ara-sıra hökumət əleyhinə şüarlar səsləndirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi bundan əvvəl bəyanat yayaraq, Tbilisiyə girişin beynəlxalq əhəmiyyətli strateji yol olduğunu və onun bağlanmasının cinayət məsuliyyəti daşıyacağını mitinq iştirakçılarının diqqətinə çatdırıb. Bildirilir ki, ticarət mərkəzi adi rejimdə fəaliyyətini davam etdirir.


Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin