Bu ərazidə işıq OLMAYACAQ
2 Fevral 2025
20:40 - 2 Fevral 2025
Qəzza rəsmiləri 2023-cü ilin oktyabrından bu yana gedən döyüşlər nəticəsində Fələstin anklavına dəymiş birbaşa ziyanı 50 milyard dollardan çox qiymətləndirirlər.
Manset.az xəbər verir ki, bu ilkin məlumatlar Qəzza hakimiyyətinin mətbuat xidməti tərəfindən öz Telegram kanalında dərc olunub.
Sənəddə yazılır: "Döyüşlər nəticəsində dəyən zərər ilkin olaraq 50 milyard dollardan çox qiymətləndirilir; müharibə Qəzzada həyatın bütün sahələrinə təsir edib".
Qəzza rəsmiləri deyirlər ki, anklavın sakinləri təkcə yaşayış binalarını deyil, həm də tibb müəssisələrini, məktəbləri və universitetləri, həmçinin dini obyektləri və sistemləri yenidən qurmalı olacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin