Harri Keyn Bundesliqada ilkə imza atdı

19:00 - 2 Fevral 2025

Harri Keyn Bundesliqada ilkə imza atdı

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.

 

Manset.az xəbər verir ki, 31 yaşlı hücumçu buna XX turda “Holştayn”a qalib gəldikləri (4:3) matçda nail olub.

Bundesliqadakı 50-ci matçını keçirən ingiltərəli forvard qollarının sayını 55-ə çatdırmaqla ilkə imza atıb.

Qeyd edək ki, əvvəlki rekord Dortmund "Borussiya"sının sabiq futbolçusu Erlinq Holanna məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin