12 nəfərlə oynadılar - Niderland futbolunda biabırçılıq

14:48 - 2 Fevral 2025

12 nəfərlə oynadılar - Niderland futbolunda biabırçılıq

Niderland Erediviziyasının 21-ci turunda keçirilən “Herenven” - “Fortuna” (2:2) matçında maraqlı hadisə baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.

Qonaq komandanın matçı 12 nəfərlə davam etdirməsi qarşılaşmanın baş hakiminin gözündən qaçıb və “Fortuna” qol vuraraq hesabı bərabərləşdirib.

Niderland Futbol Federasiyasının qarşılaşma ilə bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin