NATO Baş katibi müharibəyə hazırlığa ÇAĞIRDI

14:27 - 2 Fevral 2025

NATO Baş katibi müharibəyə hazırlığa ÇAĞIRDI

NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində deyib.

M.Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq.

"Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur", - Rutte deyib.

Bir müddət əvvəl amerikalı aparıcı Taker Karlson NATO-nun aktuallığını itirdiyini bildirmişdi.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin