Meteohəssas insanlar üçün XƏBƏRDARLIQ
2 Fevral 2025
13:03 - 2 Fevral 2025
Gəncədə 12 yaşlı oğlan xəstəxanada vəfat edib.
Manset.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhərində 12 yaşlı M.B-ov yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 01.02.2025–ci il tarixində saat 19:00 radələrində 2013-cü il təvəllüdlü (kişi cinsli) şəxs huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün 02.02.2025-ci il tarixində saat 03:20 radələrində Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş miningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 08:00 radələrində ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin