Bu rayonlarda ŞAXTA var

11:35 - 2 Fevral 2025

Bu rayonlarda ŞAXTA var

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Bakıda və Abşeron yarımadasında gecə saatlarında az çiskinli olub (0 mm).

 

Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sumqayıt, Şəmkir, Xaltan, Yevlax, Sabirabad, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin