Qızıl tapdığını güman edib evinə apardı: Nə olduğunu biləndə ŞOKA DÜŞDÜ - Həyatı dəyişdi / FOTOLAR

17:24 - 22 Noyabr 2021

Qızıl tapdığını güman edib evinə apardı: Nə olduğunu biləndə ŞOKA DÜŞDÜ - Həyatı dəyişdi / FOTOLAR

Avstraliyada cihazla axtarışlar aparan sakin, qızılı rəngdə olan bərk metal tapıb.

Manşet.az xəbər verir ki, tapdığı əşyanı evə aparan David Hol adlı şəxs araşdırmalardan sonra onun qaya parçası olduğu müəyyən edib. Sakinin ehtimalına görə, daşın üzərindəki qızılı rəng qaya parçasının tərkibində qızıl olduğunu deməyə əsas verir. Qızılı daşdan ayırmaq üçün səy göstərən şəxs, buna nail ola bilməyib. Ardınca o mütəxəssislərə müraciət edib.

Araşdırmalar nəticəsində məlum olub ki, əslində daş qızıldan da dəyərli olan göy cismidir. 4,6 milyard yaşı olan göy cisminin ağırlığı 17 kiloqramdır. Elm adamları daşla bağlı araşdırmaları davam etdirir.​​​​​​

metbuat.az


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin