İŞİD Somalidə çoxlu itki verdi

00:45 - 2 Fevral 2025

İŞİD Somalidə çoxlu itki verdi

ABŞ ordusunun Somalinin dağlıq bölgəsinə endirdiyi aviazərbələr zamanı İŞİD silahlıları ciddi itkilər verib.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

"Prezident Trampın göstərişi ilə və Somali Federal Hökuməti ilə koordinasiya əsasında mən ABŞ-nin Afrika Komandanlığına bu gün Somalinin Qolis dağlarında İŞİD yaraqlılarına qarşı koordinasiyalı hava hücumları həyata keçirməyə icazə verdim. İlkin qiymətləndirməmizə görə, çoxlu sayda yaraqlı öldürülüb.Hücum nəticəsində mülki şəxslərdən xəsarət alan olmayıb.", - Heqsetin Pentaqonun internet saytında dərc edilən açıqlamasında deyilir.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin