"Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb" - Tramp

22:00 - 1 Fevral 2025

Venesuela ABŞ-dən deportasiya edilən venesuelalı qanunsuz miqrantları geri qaytarmağa razılaşıb.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.

Bununla yanaşı, geri qaytarılanlar arasında "Tren de Araqua" bandasının üzvləri də var.

Yanvarın 30-da ABŞ hökuməti 600 min venesuelalı miqrantı deportasiyadan qoruyan proqramın vaxtını uzatmayıb.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin