Bu ölkədə qripdən 22 nəfər öldü

18:50 - 1 Fevral 2025

Bu ölkədə qripdən 22 nəfər öldü

Rumıniyada səhiyyə orqanları qriplə əlaqəli respirator infeksiyaların geniş yayılması səbəbilə xəbərdarlıq edib.

 

Manset.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilib ki, ölkədə yoluxmaların sayı 6% artıb. Bir həftədə 133 mindən çox yoluxma faktı qeydə alınıb, 22 nəfər isə həyatını itirib. Ölənlərin arasında üç yaşlı uşaq da olub.

Rumıniya Səhiyyə Naziri Aleksandru Rafila ölənlərin vaksin vurdurmayanlar olduğunu qeyd edib. O, əlavə edib ki, ölkədə epidemiya ilə bağlı məhdudiyyətlərə və qapanmalara səbəb olacaq heç bir təhlükə yoxdur.


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin