Sudanda partlayış - 40 nəfər öldü

18:10 - 1 Fevral 2025

Sudanda partlayış - 40 nəfər öldü

Sudanın Omdurman şəhərindəki bazarda baş verən partlayış nəticəsində ən azı 40 nəfər həlak olub.

 

Manset.az xarici media-ya istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Mənbələr partlayışın arxasında Çevik Dəstək Qüvvələrinin durduğunu bildiriblər.

Digər təfərrüatlar hələlik açıqlanmır.

Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttah əl-Bürhan ilə Çevik Dəstək Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında yaranmış fikir ayrılığı səbəbindən gərginləşib.

Onlar arasındakı əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması müddəti və metodları, həmçinin baş komandan vəzifəsini peşəkar hərbçinin yoxsa seçilmiş mülki prezidentin icra etməli olması məsələləri ilə bağlıdır.


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin