"Qarabağ" UEFA reytinqində gerilədi

17:45 - 1 Fevral 2025

Çempionlar Liqasının və Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.

 

Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avroliqada "Olimpiakos"a uduzub - 0:3.

Nəticədə Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib. Aktivində 32,000 xalı olan Qurban Qurbanovun komandası 1 pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.

"Qarabağ"ı geridə qoyan komanda isə Danimarka “Midtyulland”idir - 32,750 xal.

Digər Azərbaycan təmsilçilərindən “Neftçi” 8,000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu yeri bölüşürlər. “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 329-cu yeri paylaşırlar.

Reytinq cədvəlinə 138,500 xalla “Real” liderlik edir.


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin