Məzahir Pənahov şikayət daxil olan dairələrin adlarını AÇIQLADI

16:25 - 1 Fevral 2025

Məzahir Pənahov şikayət daxil olan dairələrin adlarını AÇIQLADI

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxıb.

 

Manset.az xəbər verir ki, qurumun bu gün keçirilən iclasında əvvəlcə şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.

Bildirilib ki, MSK-ya 8 dairə seçki komissiyasından şikayət daxil olub:

56 saylı Şabran-Xaçmaz DSK (2 şikayət),

67 saylı Sabirabad DSK,

68 saylı Sabirabad-Şirvan DSK,

72 saylı Cəlilabad kənd DSK,

81 saylı İmişli DSK,

82 saylı İmişli-Saatlı DSK,

85 saylı Füzuli-Ağcabədi DSK,

86 saylı Ağcabədi DSK.

Müraciətlər baxılması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib.


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin