İrandan Azərbaycana narkotik gətirməkdə təqsirləndirilənlər SAXLANILDI

16:10 - 1 Fevral 2025

İrandan Azərbaycana narkotik gətirməkdə təqsirləndirilənlər SAXLANILDI

Bərdə rayonunda İrandan Azərbaycana qaçmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilənlər həbs edilib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyat nəticəsində əvvəllər məhkum olunan Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Onlardan 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Həmin şəxslərin narkotiki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin