Emin həyatının ən çətin sınağını DANIŞDI

16:44 - 22 Noyabr 2021

Emin həyatının ən çətin sınağını DANIŞDI

Xalq artisti Emin Ağalarov Yuliya Baranovskayanın "Быть человеком" proqramının qonağı olub.

 

Manşet.az xəbər verir ki, müsahibə zamanı müğənni heç vaxt tək qala bilmədiyini deyib. O, hər zaman insanlar arasında olmağa çalışdığını bildirib:

"Yarım il əvvəl koronavirusa yoluxdum. İlk dəfə 10 gün evdə tək qaldım. Bu, həyatımın ən çətin anı idi. Buna öyrəşməmişdim. Fortopianoda ifa etdim, seriallara baxdım, evdə edilə biləcək hər şeyi etdim. Eyni gün yenidən, yenidən... Oturursan və beynində düşünməyə başlayırsan: necə belə? Niyə mən belə bacarmıram? Elə insanlar var ki, əksinə tənhalığı sevirlər".

Emin əlavə edib ki, bu günə qədər ancaq avtomobil idarə edəndə tək olub:

"Hər dəfə sükan arxasında özüməm. Heç musiqini də qoşmuram. Beynimdə düşünmək üçün səssizlikdə gedirəm".

Müsahibə zamanı Yuliya psixoloqun ona həddən artıq aktiv həyat tərzi keçirən insanın çox vaxt sadəcə dayanıb özü ilə təkbətək danışmaqdan, özünə nə isə etiraf etməkdən qorxduğunu söylədiyini xatırlayıb. Onun fikirlərini təsdiqləyən Emin bildirib ki, insanlar gərgin iş qrafiki içərisində yaşayırlar, çünki özləri belə qərar verirlər.///axsam.az


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin