Bu yolda qoyulan məhdudiyyət aradan qaldırıldı - YENİLƏNİB
1 Fevral 2025
15:20 - 1 Fevral 2025
Almaniyanın Dölzig şəhərində “HEICO Aircraft Maintenance” şirkətinin anbarında baş verən yanğının vurduğu ziyan milyonlarla avro təşkil edə bilər.
Manset.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
"HEICO Aircraft Maintenance” şirkətinin emalatxanasında yanğın baş verib. Dəymiş zərərin dəqiq məbləği hələ müəyyən edilməyib, lakin onun milyonlarla avro olduğu bildirilir", - qəzet yazır.
Təyyarə ehtiyat hissələrinin saxlandığı anbarın tamamilə dağıldığı bildirilir. Bundan başqa, anbarda boyalar və digər zəhərli maddələr saxlanılırdı.
Cümə günü baş verən yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən briqada cəlb olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin