Qubada meteoroloji dopler radar quraşdırıldı - FOTO

14:45 - 1 Fevral 2025

Qubada meteoroloji dopler radar quraşdırıldı - FOTO

Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji dopler radara baxış keçirilib. 


Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Manset.az-a bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə və erkən xəbərdarlıqların hazırlanmasına imkan verəcək və 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almaq mümkün olacaq. 

"Eyni zamanda, dopler radar vasitəsilə, Böyük Qafqazın cənub - şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”. 

Xidmət rəisi qeyd edib ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.



Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin