Bu yolda qoyulan məhdudiyyət aradan qaldırıldı - YENİLƏNİB
1 Fevral 2025
14:37 - 1 Fevral 2025
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Manset.az xəbər verir ki, hər iki qurumun rəsmilərinin və əməkdaşlarının, Gənclər Evləri və QHT nümayəndələrinin, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin