Bu körpüdə təmir gedir, yol bağlıdı - Sürücülərin nəzərinə
1 Fevral 2025
13:45 - 1 Fevral 2025
Fevralın 5-dən etibarən qeyri-qanuni miqrantların Rusiyadan çıxarılmasına başlanılacaq.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Birinci dəyişiklik qanunsuz miqrantların deportasiyasını nəzərdə tutan qanunun qüvvəyə minməsi ilə bağlıdır. İkinci yenilik isə ölkəyə giriş-çıxış qaydalarının pozulması və nəzarət siyahısına düşən miqrantlara göstərilməsi qadağan olunan xidmətlər üçün inzibati məsuliyyətin tətbiq olunmasıdır.
Bundan əlavə, fevralın 5-dən daha üç yeni qanunun qüvvəyə minəcəyi bildirilib. Bu qanunlar çətin şəraitdə yaşayan uşaqlara dəstək, kreativ sənayenin inkişafı və müsadirə olunmuş əmlakın regionların mülkiyyətinə verilməsi ilə bağlıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin