İspaniya klubu "Liverpul"un futbolçusunu icarəyə götürdü

11:33 - 1 Fevral 2025

İspaniya klubu

İspaniya təmsilçisi "Las Palmas" İngiltərənin "Liverpul" klubunun futbolçusu Stefan Bayçetiçi icarəyə götürüb.

 

Manset.az xəbər verir ki, bu barədə La Liqa komandasının mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Las Palmas"ın şərəfini qoruyacaq.

O, mövsümün ilk yarısını icarə əsasında “Zaltsburq”un (Avstriya) heyətində keçirib.

Qeyd edək ki, S.Bayçetiçin "Liverpul"la olan müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin