Azərbaycanda meyitlərin yandırılması üçün mərkəz yaradılacaq - VİDEO
1 Fevral 2025
09:28 - 1 Fevral 2025
ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan “Learjet 55” təyyarəsi yaşayış binalarının üzərinə düşüb.
Manset.az bu barədə CBS telekanalına istinadən xəbər verir.
Bildirilib ki, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik mühərrikli tibbi təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb.
Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Onların iki həkim, iki pilot, bir xəstə və xəstənin ailə üzvü olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
“Qəzadan sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb”, - telekanal bildirib.
Görüntüləri təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin