Zaurla müğənni arasında gərginlik - Efirdən getdi - VİDEO

09:18 - 1 Fevral 2025

Zaurla müğənni arasında gərginlik - Efirdən getdi - VİDEO

Aparıcı Zaur Kamal və müğənni Əminə Şirin arasında gərginlik yaşanıb. 


Manset.az xəbər verir ki,  “Həmin Zaur”verilişinə 25 dəqiqə gecikən Əminə ilə Zaurun sözü çəp gəlib. 

Zaur Kamal müğənniyə "Xoş gəlmisiniz, sizi başa düşürəm, xanımsınız. Bəs o birilər niyə gecikir? Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan gecikmirlər" sözlərini deyib.

Əminə Şirin isə "Orada birtəhər salamlaşdınız, burada da xoş gəldiniz deyirsiniz. Siz bizim yerimizə olsaydınız nə edərdiniz? Verilişi aparırsınız və gedirsiniz. Bizim klipimiz, efirimiz, salonumuz var. Heç kim bilərəkdən bunu etmir. Narazısınızsa, gedə bilərəm. Xanım olaraq məndən üzr gözləyirsiniz. Çox aqressivsiniz. Tamaşaçılardan üzr istəyirəm. Qonağı belə qarşılamazlar. Məni cücə-mücə ilə səhv salırsınız. Bunu "Yeni ulduz"dan dünən "çık" edənlərə tətbiq edə bilərsiniz" sözlərini deyərək efiri tərk edib.

 


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin