Azərbaycanda meyitlərin yandırılması üçün mərkəz yaradılacaq - VİDEO
1 Fevral 2025
07:40 - 1 Fevral 2025
Vyetnamlı fermer Thai Nqoc 60 ildir yatmadığını deyir.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, o, belə problemlə 1960-ci illərin əvvəllərində üzləşdiyini bildirib.
80 yaşında olduğu bildirilən fermer, problemin onun qızdırmasından sonra başladığını deyib.
Həkimlərə dəfələrlə müraciət etmələrinə və müalicə cəhdlərinə baxmayaraq, onun vəziyyətini izah edə bilməyiblər.
“Başqalarının yatdığını görəndə onlara həsəd aparıram. Aylı gecələrdə adətən çölə çıxıb tarlada işləyirəm, çünki boş oturmaq dözülməzdir”, - kişi deyir.
Bəzi ekspertlər kişinin davamlı yuxusuzluğunun 1955-ci ildən 1975-ci ilə qədər davam edən Vyetnam müharibəsi nəticəsində yaranan travma sonrası stress pozğunluğu ilə əlaqəli ola biləcəyini düşünürlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin