Mədəniyyət Nazirliyində kollegiya iclası keçirildi - Fotolar

20:05 - 31 Yanvar 2025

Mədəniyyət Nazirliyində kollegiya iclası keçirildi - Fotolar

Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin 2023–2024-cü illərdəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.

 

Bu barədə Manset.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən iclasda mədəniyyət naziri Adil Kərimli çıxış edərək 2023 və 2024-cü illər üzrə ölkədə mədəniyyətin mənzərəsinə nəzər salıb. Nazir Mədəniyyət Nazirliyi tərəfindən ötən dövrdə görüşmüş işlər, qarşıda duran vəzifələr və nəzərdə tutulan layihələr barədə məlumat verib.

A.Kərimli çıxışının sonunda Azərbaycan mədəniyyətinə və mədəniyyət xadimlərinə hər zaman diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

İclasda mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, Fərid Cəfərov və başqalarının müvafiq sahələr üzrə fəaliyyətə həsr olunan məruzələri dinlənilib. Həmçinin Naxçıvanın mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov NMR Mədəniyyət Nazirliyi tərəfindən 2023–2024-cü illərdə görülmüş işlərə dair məruzə ilə çıxış edib.

Daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, ARKA-nın baş direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu, mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Cəsarət Valehov və nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun da fəaliyyət sahələri üzrə məruzələri dinlənilib.

Sonda qeyd edilən müddətdə həyata keçirilən, eləcə də nəzərdə tutulan layihələr müzakirə olunub.



Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin