“Fənərbağça” və “Qalatasaray”ın rəqibləri bəlli oldu

16:49 - 31 Yanvar 2025

“Fənərbağça” və “Qalatasaray”ın rəqibləri bəlli oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 

Manset.az xəbər verir ki, 1/16 finalın cütləri bəlli olub.

Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib. Türkiyə təmsilçilərindən "Fənərbağça" Belçikanın “Anderlext” kollektivi ilə üz-üzə gələcək. "Qalatasaray" isə Niderlandın AZ klubununn müqavimətini qırmağa çalışacaq.

UEFA Avropa Liqası

Pley-off mərhələsi

"Tvente" (Niderland) - “Budyo Qlimt” (Norveç)

"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)

“Yunion” (Belçika) - "Ayaks" (Niderland)

PAOK (Yunanıstan) - FCSB (Rumıniya)

AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)

“Midtyullann” (Danimarka) - "Real Sosyedad" (İspaniya)

“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)

"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

Qeyd edək ki, bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.

“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıb.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin