Sevgilisini "kislota" ilə yandıran qadın həbs edildi - AĞIR CƏZA

12:45 - 31 Yanvar 2025

Sevgilisini

Sevgilisinə ağır xəsarət yetirməkdə təqsirləndirilən Həcər Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Prokuror Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı etdikdən sonra Həcər Hüseynova son söz deyib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, Həcər Hüseynova məhkəmə zalından həbs edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sevgilisinin üzünə "kislota" atan Həcər Hüseynova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin