Ağdaşda İntihar edən qazinin atası - "Heç bir məmur maraqlanmadı..."

12:48 - 23 Noyabr 2021

Ağdaşda İntihar edən qazinin atası -

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.

 

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Quba rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.

 

Manşet.az xəbər verir ki, Qazinin intiharı ilə bağlı danışan atası İsfəndiyar İsgəndərov onun işlə bağlı problemləri olduğunu bildirdi:

"Neçə müddətdir ki, işsiz idi. Oğluma iş vermirdilər, müraciət etmədiyi yer qalmamışdı. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə müraciət etmişdi, müraciətimizə baxmadılar. Yəni, iş problem var idi, sonda da belə oldu".

Yuxarı Ləki kəndinin İcra Nümayəndəsi Müşviq Hüseynov isə işlə bağlı hər hansı müraciətin olmadığını bildirib:

"Hadisə baş verib, indi araşdırma aparılır. Bizə hər hansı müraciətləri olmayıb. Hansı səbəbdən intihar etdiyi haqda məlumatımız yoxdur. Araşdırılır”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin