5,2 milyon manatlıq MÜQAVİLƏ - FOTO

20:02 - 30 Yanvar 2025

5,2 milyon manatlıq MÜQAVİLƏ - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında 5,2 milyon manatlıq yeni müqavilə imzalanıb. 

 

Manset.az Ajans.az-a istinadən xəbər verir ki, Dövlət Satınalmalarının Vahid İnternet Portalına istinadən xəbər verir ki, müqavilə işğaldan azad edilmiş və müharibədən zərər çəkmiş ərazilərin minalardan və partlayıcı sursatlardan təmizlənməsi üçün nəzərdə tutulub.

27 yanvar 2025-ci il tarixində imzalanan sənədə əsasən, işlər 31 dekabr 2025-ci ilədək icra olunmalıdır. Müqavilə birbaşa satınalma metodu ilə həyata keçirilib.

Bu razılaşma azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunmasına və minatəmizləmə prosesinin sürətləndirilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, BAMF-ın prezidenti Umud Mirzəyevdir. Fond 1992-ci ildə yaradılıb və BMT-nin Sosial İqtisadi Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.

 



Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin