Məhəmməd Əmin Rəsulzadənin DOĞUM GÜNÜDÜR
31 Yanvar 2025
19:52 - 30 Yanvar 2025
Böyük Britaniya hökuməti RF ilə sıx ticari-iqtisadi əlaqələri olan ölkələrlə ixrac əməliyyatları aparan Britaniya sahibkarlarını və şirkətlərini Rusiyaya qarşı sanksiyalardan yayınmağı yardım edən biznes strukturları siyahısına daxil edilməmək üçün diqqətli olmağa çağırır.
Bu barədə Manset.az Böyük Britaniya hökumətinin öz saytında yerləşdirilmiş tövsiyəsinə istinadən məlumat yayıb.
Bu tövsiyə 14 ölkəyə, o cümlədən Ermənistan, Çin, Hindistan, Tailand, Monqolustan və s. aid edilir.
Britaniya hökuməti malların təkrar ixracında iştirak edə və ya Rusiya iqtisadiyyatına dəstək verə bilən tərəfdaşlarla əməkdaşlıq riskləri barədə xəbərdarlıq edir və bunun London və onun müttəfiqləri tərəfindən məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsi ilə nəticələnə biləcəyini vurğulayır.
“Rusiya Qərb istehsalı olan, xüsusi təyinatlı mallar və məhsulları üçüncü tərəflərdən almağa davam edir, əksər hallarda da hökumətlərin xəbəri olmadan. Müəssisələr iş apardıqları ölkələrdə ixraca nəzarət mühitini davamlı olaraq qiymətləndirməlidirlər. Şirkətlər, ola bilsin, risk altında olan məhsulların Rusiyaya təkrar ixracının qarşısını almaq üçün müəyyən ölkələrə ixracı üzərində daha ətraflı yoxlama aparmaq istəyə bilər, hərçənd risklər hər bir ölkə və ticarətin müxtəlif növləri üçün fərqli ola bilər. Böyük Britaniya hökuməti son təyinat yeri Rusiya və ya sanksiyalara məruz qalan hər hansı digər biri olmayan bütün ölkələrlə ticarəti tam dəstəkləyir”, - sənəddə deyilir.
Londonun təqdim etdiyi siyahıya tez-tez üçüncü ölkələr vasitəsilə Rusiyaya tədarük edilən və Rusiyanın hərbi-sənaye müəssisələrini dəstəkləyən Britaniya şirkətlərinin malları daxil edilib: geniş çeşiddə sənaye avadanlıqları, aeronaviqasiya və radionaviqasiya üçün cihazlar, avtomobillər, mühərriklər və onların ehtiyat hissələri, traktorlar və özüyeriyən yükləyicilər, mexaniki ekskavatorlar, mərkəzdənqaçma nasosları, turboreaktiv mühərriklər və qaz turbinləri, sürtkü materialları, peçat boyaları, kompüter monitorları, prosessorlar və s.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin