Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
11:47 - 22 Noyabr 2021
“Çətin qələbə qazandıq. Rəqib yaxşı komandadır. Artıq diqqətimizi "Qarabağ"la matça yönəldəcəyik".
Manşet.az xəbər verir ki, bu sözləri Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatında “Aris”lə keçirilən oyundan sonra deyib.
Norveçli mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən KL-in qrup mərhələsinin 6-cı turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı da fikirlərini bildirib. O, heyətdə dəyişikliklər olacağını qeyd edib: “Hər matça fərqli yanaşırıq. İndi “Qarabağ”la qarşılaşacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bəzi oyunçular üçün fürsət olacaq. Onlar o qədər də çox şans əldə etmirlər. Ondan sonra APOEL-lə görüşə baxacağıq. Bu, bizim üçün daha bir böyük oyun olacaq. Hər matçı ayrıca izləyirik. Hazırda fikrimiz “Qarabağ”dadır”.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. "Qarabağ" 10 xalla qrup lideridir. "Omoniya" isə 2 xalla 3-cü yedədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin