Azərbaycan XİN ABŞ-a başsağlığı verdi

13:13 - 30 Yanvar 2025

Azərbaycan XİN ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında bildirilib.

"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin havada faciəvi toqquşması bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik", - qeyd olunub.

Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Blackhawk" helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.

Təyyarədə 4 ekipaj üzvü olmaqla 60 sərnişin, helikopterdə isə isə 3 ABŞ əsgəri olub. Yerli medianın məlumatına görə, artıq 18 nəfərin meyiti Potomak çayından çıxarılıb..


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin