“Səhiyyəyə ayrılan vəsait 3 milyard manata yaxındır”

11:37 - 30 Yanvar 2025

“Səhiyyəyə ayrılan vəsait 3 milyard manata yaxındır”

“2025-ci ildə səhiyyəyə ayrılan vəsait İTS Fondu gəlirlərini də nəzərə alsaq, 3 milyard manata yaxındır”.


Manset.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib. 

“İTS uğurla həyata keçirilir, insanlar arasında məmnunluq artır. İTS zərfi genişləndirilir. Əhalinin ondan gözləntiləri çox böyükdür. Hələ də bir çox xəstəliklərin İTS ilə əhatə olunmaması əhalinin haqlı narazılığına səbəb olur. İlkin tibbi xidmətlə bağlı da ölkəmizdə xeyli işlər görülüb. Lakin xüsusilə bölgələrdə bu sahənin ciddi təkmilləşdirilməsinə ehtiyac var”, - deyə komitə sədri bildirib. 

Səhiyyə naziri Teymur Musayev də əlavə edib ki, səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb: “Eyni zamanda 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu 700-dən çox tibbi müəssisənin 70%-dən çoxu bölgələrdə yerləşir”. 

Ölkəmizdə bir sıra xəstəliklər üzrə dövlət proqramları qəbul edilib və ciddi və əsaslı dönüş əldə edilib. Son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirləri gücləndirilərək talessemiyadan ölüm sayları 5 dəfə azaldılıb. 2014-cü ildə ölkəmiz ÜST tərəfindən məxmərək və qızılca ilə bağlı nəticələrə görə sertifikatlar alıb. 

2023-cü ildə artıq malyariyadan tam azad olunmuş ölkə kimi qeydiyyatdan keçib. Təbii ki, 2021-ci ildən aprelin 1-dən ölkəmizin bütün ərazisində İTS-nin tətbiqi səhiyyəmizdə əsaslı dönüşü təmin edib”.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin