"Helikopter ilə təyyarə arasında toqquşmanın qarşısını almaq olardı"

11:10 - 30 Yanvar 2025

Reyqan hava limanı yaxınlığında səmada H-60 ​​hərbi helikopteri ilə Bombardier CRJ700 sərnişin təyyarəsi arasında toqquşmanın qarşısını almaq olardı.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun fikrincə, hərbi helikopterin ekipajı kursu dəyişməli idi. Ağ Ev rəhbəri helikopterdəki hərbçilərin aydın gecədə eniş üçün yaxınlaşan sərnişin təyyarəsi ilə toqquşmanı niyə görmədiyi və ondan qaça bilmədiyi sualını qaldırıb.

Bundan əlavə, Vaşinqton meri Muriel Bouzer ABŞ paytaxtının səmasında qəzaya uğrayan zaman təyyarədə 64 nəfərin, helikopterdə isə 3 nəfərin olduğunu təsdiqləyib. Bouzer əlavə edib ki, səlahiyyətlilər hələlik xilasetmə əməliyyatı ilə bağlı əlavə məlumat verə bilmir.

Hazırda əməliyyatda yüzlərlə xilasedici iştirak edir. 

"Xilasetmə əməliyyatında təxminən 300 nəfər iştirak edir", - Vaşinqton Yanğından Mühafizə İdarəsinin və təcili tibbi yardım xidmətinin rəhbəri Donnali bildirib.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin