Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

09:52 - 30 Yanvar 2025

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

Çempionlar Liqasının 2024/25 mövsümünün ümumi mərhələsi yanvarın 29-da başa çatıb. Çərşənbə günü ümumilikdə 18 qarşılaşma keçirilib.

 

Manset.az xəbər verir ki, "Mançester Siti" öz meydanında "Brügge"ni 3:1 hesabı ilə məğlub edib.

"Atletiko Madrid" doğma meydanda "Zalsburq"u 4:1 hesabı ilə darmadağın edib. "Leyptsiq" səfərdə Avstriya "Şturm"una 1:2 hesabı ilə uduzub. Hər iki komanda final mərhələsinə qədər pley-offa çıxmaq şanslarını itirib.

"Yuventus" öz meydanında "Benfika"ya 0:2 hesabı ilə uduzub. "Bayer" "Sparta"nı 2:0 hesabı ilə məğlub edib. Xabi Alonsonun komandası altıncı yerdən pley-offa yüksəlib.

"Aston Villa" "Seltik"i 4:2 hesabı ilə məğlub edib. İngiltərə klubu 16 xal toplayaraq Çempionlar Liqasının 1/8 final mərhələsinə 8-ci yerdən yüksəlib. PSJ səfərdə "Ştutqart"a böyük hesabla 4:1 hesabı ilə qalib gəlib.

"Lill" doğma meydanda "Feyenoord"u darmadağın edib (6:1). "İnter" öz meydanında "Monako"nu 3:0 hesabı ilə məğlub edib. "Liverpul" səfərdə "PSV Eyndhoven"ə 2:3 hesabı ilə uduzub.

"Barselona" "Atalanta" ilə 2:2 hesablı heç-heçə edib. Kataloniyalılar 21 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Real” “Brest”ə 3:0 hesabı ilə qalib gəlib.

"Sportinq" doğma meydanda "Bolonya" ilə 1:1 hesablı heç-heçə edib. "Bavariya" "Slovan"ı 3:1 hesabı ilə məğlub edib. Zaqreb “Dinamo”su “Milan”ı 2:1 hesabı ilə məğlub edib.

Yanvarın 31-də pley-off mərhələsinin püşkü atılacaq. Pley-off mərhələsinin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19 fevralda keçiriləcək.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin