"Qarabağ" Avropa Liqasında sonuncu oyununa çıxır

09:37 - 30 Yanvar 2025

Bu gün "Qarabağ" UEFA Avropa Liqasında Yunanıstanın "Olimpiakos" klubu ilə üz-üzə gələcək.

 

Manset.az xəbər verir ki, Liqa mərhələsinin sonuncu - VIII turunun oyunu Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

Pirey. Georgios Karaiskakis stadionunda baş tutacaq olan qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək.

Növbəti mərhələ şansını itirən "köhlən atlar" 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri 12 xalla 12-ci sıradadır. Yunanların 1/8 finala yüksəlmək şansı da davam edir.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VIII tur

30 yanvar

23:59. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ"


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin