İcra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə HƏLAK OLDU - YENİLƏNİB

00:11 - 30 Yanvar 2025

İcra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə HƏLAK OLDU - YENİLƏNİB

Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, bir qadın və onun iki azyaşlı uşağı suda boğularaq ölüb.

Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.

 

***

23:32

 

Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər avtomobillə toqquşaraq yolun kənarındakı kollektora düşüb.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.

Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

30 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin