Ara məsafəsini gözləməyən sürücülərin qəzaları - ANBAAN GÖRÜNTÜLƏR
22 Noyabr 2024
16:34 - 27 İyun 2021
Bir neçə gün bundan əvvəl Şairə Nazilə Səfərlinin teleaparıcı, əməkdar jurnalist Xoşqədəm Hidayətqızının şikayəti əsasında saxlanılması haqda xəbər vermişdik.
Manset.az xəbər verir ki, məlumat bir çox saytlarda, portallarda yayılsa da, eyni zamanda X.Hidayətqızının vəkilinin də bu barədə açıqlama verməsinə baxmayaraq, Nazilə Səfərli xəbəri inkar etmiş, nə cərimələnməsinin, nə də polis tərəfindən saxlanılması xəbərinin doğru olmadığını bildirmişdi.
Manset.az bu gün Nazilə Səfərlinin polis tərəfindən saxlanması və onun 500 manat cərimə edilməsi ilə bağlı məhkəmə qərarını əldə edib. Bu cərimə İnzibati xətalar məcəlləsinə əsasən tədbiq edilir və dövlətə ödənilir. Görünən odur ki, Nazilə Səfərli məhkəmədə uduzduğu Xoşqədəm Hidayətqızı ilə bağlı qərarı icra etmədiyinə görə axtarışa verilmiş və polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim edilmiş və bu əsasla 500 manat cərimələnmişdir. Fotolarda məhkəmə qərarının 10 gün əvvəl, yəni informasiya portallarında xəbərlər yayılan gün verildiyi qeyd edilib.
Qeyd edək ki, Nazilə Səfərli ötən gün TV-ə müsahibəsində yenə də cərimələnməsini inkar etmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin