Türkiyədə tikintisi tamamlanmamış binanın mənzillərindən birində yanğın olub.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə İzmir vilayətinin Aliağa rayonunda qeydə alınıb.
Yanğın nəticəsində səkkiz nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.