В России весной изменится ТК — что ждет нас?
На Кузбассе машина в полете влетела в беременную: видео

"O yazıları məni sevməyən məşhur icra başçılarından biri yazdırır" - İbrahim Mehdiyev

16:09 - 30 Yanvar 2025

Son günlər Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevlə bağlı bir sıra saytlarda və sosial şəbəkələrdə qalmaqallı müzakirələr aparılır. Aparılan müzakirələrdə keçmiş başçısının guya qeyri-qanuni yaşadığı bir xanıma daş karxanası bağışladığı qeyd edilir.

 

Manset.az günlərdir müzakirə olunan bu qalmaqallı məsələ ilə bağlı İbrahim Mehdiyevlə əlaqə saxlayıb. O,saytımıza açıqlamasında məlumatların yalan, tamamilə uydurma olduğunu bildirir:

"Bu məsələlərin mənə aidiyyəti yoxdur. Bu sözləri deyən adamlardan soruşun ki, məni tanıyırlar, ya yox. Mən, ümumiyyətlə, o qadını tanımıram. Ola bilər ki, məni istəməyən adamlar qəsdən belə müzakirələr yaradıblar. Əslində mən bilirəm, bu yalanlar haradan qaynaqlanır. Bunu məni sevməyən məşhur icra başçılarından biri yazdırır. Mən qeyd edim ki, mən Vətənə layəqətlə xidmət etmişəm. Yasamalda icra başçısı kimi işlədiyim dövrlərdə 4 park saldırmışam. Sakinlərə qayğı ilə yanaşmışam, onlara həmişə mənim qapım açıq olub və mən bütün vətəndaşları həmişə təxirə salınmadan qəbul etmişəm.

Mənim dövrümdə Yasamalda böyük söküntü işləri aparılıb, "Sovetski"-ni mən sökmüşəm. Mən orada sakinlərin hamısı ilə bir-bir danışmışam. Elələri var idi ki, onların yaxınları türmədə idi, hətta mən onlarla əlaqə yaradıb razılıq almışam. Əlimdən nə gəlirsə dövlətim və millətim üçün etmişəm, vicdanla və layəqətlə işləmişəm. İndi mənim haqqımda belə ifadələrin söylənməsinə təəssüf edirəm. Görünən odur ki, mən kimlərinsə barmağını möhkəm basmışam, ona görə də mənim haqqımda belə ifadələr yazırlar. "

Deyirlər ki, sizin Bakı şəhərində 30-dan çox eviniz var? 

"Bu yalandır. Mənim Xətai metrosunun arxasında bir evim var və bir də bağım var."

Qeyd edək ki, İbrahim Mehdiyev 2006-2017-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. O, 2017-ci ildə "Sovetski" adlanan ərazidə yerləşən "Haci Cavad" məscidini sökülməsinə görə işdən çıxarılmışdı.

Manşet.az


Xəbər xətti

22 Fevral 2025
В России весной изменится ТК — что ждет нас?
Стало известно что сказал Путин сыну Собчак
В России увеличат пенсионный возраст: на сколько повысят?!
Перестала говорить после убийства экс-мэра Самары: психушка
Из-за этого Стриженова ни ела, ни пила, ни спала: какая утрата ,,,
На шоу ДНК рассказали просто жуткую историю одной из семей России
Из-за чупа-чупсов пара детей из Краснодара впали в кому: УЖАС
С блогера, сбившего маму с коляской, сняли эти обвинения: читать
В России сбежал склонный к рецидивам пациент: узнать детали
В каком регионе России погода станет "еще хуже"

Ən son xəbərləri səhifəmizdən də izləyin