Qaydaları pozan 90 AA 013 “Mercedes-Maybach”-ın sürücüsüdən Açıqlama "Bunu kim edib ona..."

10:50 - 22 Noyabr 2021

Qaydaları pozan 90 AA 013 “Mercedes-Maybach”-ın sürücüsüdən Açıqlama

Xəbər verdiyimiz kimi bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Manşet.az məsələ ilə bağlı araşdırma edib. Nəticədə lüks avtomobilin məşhur xanım iş qadınlarından birinin olduğunu öyrənərək onunla bağlı detallı məlumatlar yayınlamışdı.

 

Manşet.az ekskluziv mənbədən 90 AA 013 nömrəli avtomobili idarə edən şəxsin əlaqə kordinatlarını taparaq, ondan qaydaları hansı səbəbdən pozması ilə bağlı açıqlama alıb. Sürücü Nadir adlı şəxs(Qeyd edək ki, araşdırmamız nəticəsində bəlli oldu ki, avtomaşın "İdeal" Tibb Şirkətinə məxsusdur.) bu barədə qıssa da olsa açıqlama verib. O hərəkəti bilərəkdən pozmadığını bildirib.

"Əgər maşın xaraq olubsa, neyləməli idim? Necə sürməli idim? Elə jurnalistlər bilmədən, heç nədən xəbərləri olmadan, kimə məxsus olduğunu bilmədən yazır. Qaydanı pozmuşam, lap gözəl, cərimə yazsınlar. Bu nə deməkdir ki, maşının şəkillərini, məlumatları saytlara ötürürlər. Biz evakuator gözləyirdik. Bunu kim edib, ona görə cavab verəcək. Heç nə elə belə deyil. Mən başqa heç nə deyə bilmərəm." - deyə 90 AA 013 nömrəli “Mercedes-Maybach” markalı lüks avtomobilin sürücüsü bildirib.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin