Parklanma yerlərinin müəyyən edilməsi ilə bağlı YENİLİK
30 Yanvar 2025
17:00 - 29 Yanvar 2025
“Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamaları düzgün hesab etmirik”.
Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, müsahibəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddialarına münasibətini bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq bu prosesdə iştirak etməkdə təqsirli bilinən şəxslərlə əlaqədar məhkəmə prosesi davam edir: “Məhkəmə tam obyektiv, ədalətli şəkildə həyata keçirilir. Məhkəmənin işinə bu formada müdaxilə edilməsi cəhdlərini biz düzgün hesab etmirik. Təqsirləndirilən şəxslərin bütün hüquqları tam şəkildə təmin olunub. Onlar tərəfindən verilən ifadələrin ölkəmizin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilir. Ona görə də Ermənistan rəhbərliyinin bu açıqlamalarını düzgün hesab etmirik.
Ümumiyyətlə, məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistanın dövlət məsuliyyətidir. Bu prosesdə təqsirləndirilən şəxslərin özlərinin də ifadələri əsasında o fikrə gəlmək olur ki, tapşırıqlar bilavasitə Ermənistan Respublikası tərəfindən verilib.
Ermənistan təcavüzkar və işğalçı dövlət olub və bu dövlətin verdiyi əmrlər də yerində müxtəlif şəxslər tərəfindən icra edilib. Amma yenə də məhkəmənin yekun nəticələri haqqında bir söz demək düzgün olmazdı. Məhkəmə prosesi çərçivəsində bütün təqsirləndirilən şəxslərin məsuliyyəti tam şəkildə təmin olunacaq. Burada ən vacib məsələ ədalətin təmin olunmasıdır. Bu ədaləti Azərbaycan xalqı gözləyir”, - deyə H.Hacıyev əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin