Kiçik elektrik nəqliyyat vasitələrinin ərazi üzrə say hədləri TƏSDİQLƏNDİ
30 Yanvar 2025
14:53 - 29 Yanvar 2025
ABŞ Prezidenti Donald Tramp yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi ilə bağlı tibbi prosedurların federal maliyyələşdirilməsini qadağan edib və bu cür əməliyyatların aparılmasının qarşısını almaq üçün tədbirlər görməyə göstəriş verib.
Manset.az xəbər verir ki, Amerika liderinin imzaladığı müvafiq fərman Ağ Evin saytında dərc olunub.
Tramp vurğulayıb ki, bütün ölkə üzrə tibb mütəxəssisləri cinsiyyətin dəyişdirilməsi adı altında uşaqlara zərər verə biləcək geri dönməz müdaxilələr edirlər.
"Bu təhlükəli tendensiya millətimizin tarixinə qara ləkə olacaq və və buna son qoyulmalıdır", - Tramp bildirib.
Yeni fərmana əsasən, artıq 19 yaşına çatmamış şəxslərin cinsiyyətinin dəyişdirilməsi əməliyyatları və hormon terapiyası üçün dövlət vəsaitindən istifadə qadağandır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin